Hadisə

Bakıda metaləritmə sexində yanğın olub

Alovu yanğınsöndürənlərin köməkliyi ilə söndürmək mümkün olub.

· Xəbərçi
Bakıda metaləritmə sexində yanğın olub
Bakıda yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, yanğın Qaradağ rayonunda ümumi sahəsi 4500 kvadratmetr olan metaləritmə sexində baş verib.
Sexdə olan sobanın ətrafına dağılan neftin qalıqları 100 kvadratmetr sahədə yanmağa başlayıb.
Yanğın saat 19.33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Hadisənin səbəbi araşdırılır. ANSPRESS

Şərhlər