Bakıda masaj salonunda qətl
27 İyul 2010 Çərşənbə Axşamı 10:45
Salonun mühafizəçilərindən biri öldürülüb, digəri ağır yaralanıb.
Bakıda masaj salonlarından birində qətl hadisəsi törədilib. Bu barədə APA-ya Binəqədi rayon Polis İdarəsindən məlumat verilib.
Hadisə iyulun 26-dan 27-ə keçən gecə Dərnəgül qəsəbəsində yerləşən masaj salonlarından birində qeydə alınıb. Üç naməlum şəxs salonda mühafizəçi işləyən “Riad” Mühafizə Xidmətinin əməkdaşları, 1980-cı il təvəllüdlü Elşad Qasımovu və Fuad Ələkbərovu bıçaqlayıblar. E. Qasımov aldığı 4 bıçaq zərbəsindən yerindəcə keçinib. Digər mühafizəçi isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Baş vermiş hadisə ilə bağlı Binəqədi rayon Polis İdarəsi və rayon Prokurorluğunun əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu yaradılıb. Hələlik hadisənin motivi məlum deyil. Artıq hadisəni törədən şəxslərin kimliyi müəyyənləşib. Hazırda onların tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: