Bakıda körpüdən maşın aşdı
BMW markalı avtomobil tunelin içinə düşüb
Bakının Azadlıq prospekti ilə Ziya Bunyadov dairəsinin kəsişməsində yerləşən tunelin üstündəki körpüdən yüksək sürətlə hərəkət edən 90 AV 337 dövlət nişanlı BMW markalı maşın idarəetməni itirərək tunelin içinə aşıb. Sürücü xəsarət alıb və xəstəxanaya yerləşdirilib.




Şərhlər