Hadisə

Bakıda kafeyə basqın olub

Sərxoş şəxs kafe sahibini bıçaqla hədələyib.

· Xəbərçi
Bakıda kafeyə basqın olub
Yasamal rayonunda kafeyə basqın olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Telman Abdurəhmanov adlı şəxs “Ailəvi” kafesinə girərək oranın sahibinə qarşı quldurluq edib.

T.Abdurəhmanov Yasamal rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. İlkin araşdırmalar zamanı məlum olub ki, əvvəllər məhkum olunan, T.Abdurəhmanov sərxoş halda, oranın sahibi, Ramil Quliyevi bıçaqla hədələyərək xəzinədəki pulları tələb edib.

Faktla əlaqədar Polis İdarəsində AR CM-nin quldurluq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma davam edir.ANSPRESS

Şərhlər