Bakıda kafe-mağazada yanğın olub
    11 Dekabr 2010 Şənbə 09:45
    İlkin ehtimallara görə, tüstülənmə elektrik çaydanından başlayıb
    
                	 
    
         Bu gün saat 07:00 radələrində Badamdar qəsəbəsində yerləşən kafedə yanğın baş verib. Yanğın “City-Mart Kafe” mağazasında qeydə alınıb. İlkin ehtimallara görə, tüstülənmə elektrik çaydanından başlayıb. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları yanğını zərərsizləşdirib. Alovlar mağazaya keçməsinin qarşısı alınıb. Hələlik yanğının dəqiq səbəbləri bilinmir. 
 
 Mağaza sahibinin sözlərinə görə, hadisə zamanı obyektdə heç kim olmayıb. O, hələlik dəyən ziyanın miqdarının dəqiqləşdirilmədiyini bildirib.
DOSTLARINLA PAYLAŞ: