Səbail rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, “İnfiniti” markalı minik avtomobili yol kənarındakı dirəyə çırpılaraq dərəyə düşüb. Nəticədə nəqliyyat vasitəsi deformasiyaya uğrayıb.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən orada heç kimin olmadığı müəyyən edilib. Xilasedicilər hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görüb.
Maşın texniki avtoekspertizaya göndərilib, onun sahibi müəyyənləşdirilir. ANSPRESS
Bakıda İnfiniti dərəyə düşüb
Bakıda İnfiniti dərəyə düşüb. Sürücü hadisə yerindən qaçıb.




Şərhlər