Hadisə

Bakıda iki uşağı əqrəb sancıb

Bakıda iki uşağı əqrəb sancıb. Hər iki uşaq xəstəxanaya çatdırılıb.

· Xəbərçi
Bakıda iki uşağı əqrəb sancıb
Bakıda iki nəfəri əqrəb sancıb. Bu barədə Kliniki Tibbi Mərkəzdən ANS PRESS-ə məlumat verilib. Hadisə Əzizbəyov rayonu, Buzovna qəsəbəsi Albalılıq adlanan ərazidə baş verib.

"Bir neçə gün bundan əvvəl 4 yaşlı Nurlan Miriş oğlu Əhmədov, dünən axşam isə 2 yaş 7 aylıq olan Gülnarə Məzahir qızı Hüseynova qara əqrəb sancması diaqnozu ilə Kliniki Tibbi Mərkəzə daxil olub. N. Mirişov bir neçə gün xəstəxanada müalicə olunduqdan, G. Hüseynova isə ambulator müayinədən sonra evə buraxılıb", deyə Kliniki Tibbi Mərkəzdən bildirilib.

Hazırda hər iki uşağın vəziyyəti normaldır. ANSPRESS

Şərhlər