Hadisə

Bakıda Gəmi Təmiri Zavodunda yanğın olub

Bakıda Gəmi Təmiri Zavodunda yanğın olub. Faktla bağlı araşdırma aparılır.

· Xəbərçi
Bakıda Gəmi Təmiri Zavodunda yanğın olub
Bakıda yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, Bakı şəhəri, Xətai rayonunda Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə məxsus Gəmi Təmiri Zavodunun ərazisində ümumi sahəsi 20 kvadratmetr olan gözətçi otağının yanar konstruksiyaları içərisində olan əşyalarla birlikdə tamamilə yanıb.

Hadisə zamanı yanğın içində qalan gözətçi yanğınsöndürənlər tərəfindən xilas olunub. Yanğın saat 01:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisənin baş vermə səbəbi bilinmir. Araşdırma aparılır. ANSPRESS

Şərhlər