Bakıda fəhlə tikintidən yıxılaraq ölüb
18 Avqust 2010 Çərşənbə 10:05
Hadisə Bakıxanov qəsəbəsində baş verib.
Suraxanı rayonunda bədbəxt hadisə baş verib. Rayon Prokurorluğundan verilən məlumata görə, tikintidə fəhlə işləyən şəxs yıxılaraq ölüb.

Hadisə avqustun 17-si axşam saat 18.00 radələrində rayonun Bakıxanov qəsəbəsində baş verib. Orada “Azbit” firmasının ofis binasının tikintisində fəhlə işləyən Füzuli rayonundan məcburi köçkün olan 52 yaşlı Teymur Zahid oğlu Əliyev hündürlükdən yıxılaraq ağır kəllə-beyin travması və bədən xəsarətləri alıb. O, təcili olaraq 1 saylı şəhər xəstəxanasının reanimasıya şöbəsinə aparılıb.

Lakin həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar