Hadisə

Bakıda evdə partlayış, 4 yaralı

Faktla bağlı araşdırma aparılır.

· Xəbərçi
Bakıda evdə partlayış, 4 yaralı
Bakıda mənzildə partlayış baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 7-də saat 06.00 radələrində Qaradağ rayonu Sahil qəsəbəsində olub.

Məlumata görə, hadisə qəsəbə sakini Ramazan Şirəliyevə məxsus 1 mərtəbəli fərdi evdə təbii qazın sızmasından baş verib.

Nəticədə evin dam örtüyü və pəncərə çərçivələri yararsız hala düşüb. Orada yaşayan R.Şirəliyevin qardaşı Elman, onun arvadı Aynurə, qızları Ruhiyyə və Səfurə isə yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Vəziyyətləri qənaətbəxşdir.

Araşdırma aparılır. ANSPRESS

Şərhlər