Bakıda əsəb xəstəsi özünü binadan atdı
20 Oktyabr 2010 Çərşənbə 10:50
Hadisə paytaxtın Suraxanı rayonu ərazisində baş verib.
Bakının Suraxanı rayonunda intihar hadisəsi baş verib. Suraxanı rayon Prokurorluğunun işi araşdıran müstəntiqinin ANS PRESS-ə verdiyi məlumata görə, hadisə ötən gün saat 13.00 radələrində rayonun Hövsan qəsəbəsi, 14-cü məhəllədə qeydə alınıb.

Müstəntiqin sözlərinə görə, 53 yaşlı Balakən rayonunda anadan olan Yusif Nuriyev özünü 9 mərtəbəli binanın 5-ci mərtəsinin eyvanından atıb. O, aldığı xəsarətdən yerindəcə dünyasını dəyişib. Hadisənin səbəbi Suraxanı rayon Prokurorluğu tərəfindən araşdırılır.

Onun Ruhi Əsəb Dispanserdə qeydiyyatda olduğu bildirilir. Qeyd edək ki, N.Nuriyev ailəli olub, 1 oğlu var. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar