Bakıda ər arvadının evini yandırdı
22 Dekabr 2010 Çərşənbə 11:15
1 nəfər xəsarət alıb
Bakıda yaşayış evlərində yanğın hadisəsi baş verib. Bakı şəhər Baş Polisi İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, yanğın ayın 21-də Z.Adıgözəlov küçəsində, Kərim Kərimovun, Gülnarə Hacıyevanın və Təranə İsmayılovanın mənzilləri ümumilikdə 100 kvadratmetr sahədə yanıb. Yanğın nəticəsində sakinlərdən Pirməmməd Abdullayev yanıq xəsarəti ilə 8 saylı Təcili Yardım Stansiyasında yardım aldıqdan sonra evə buraxılıb.

Yasamal polisinin 27-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yanğını G.Hacıyevanın həyat yoldaşı, əvvəllər məhkum olunmuş Yalçın Hacıyev tərəfindən törədildiyi müəyyən edilib və o, saxlanılaraq şöbəyə gətirilib. Y. Hacıyevin üzərindən 0,179 qroam narkotik maddə olan heroin aşkar olunaraq götürülüb. Araşdırma aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar