Bakıda ər arvadını qətlə yetirdi
    20 Dekabr 2010 Bazar Ertəsi 10:25
    Faktla bağlı araşdırma aparılır
    
                	 
    
         Bakıda dəhşətli qətl hadisəsi törədilib. Binəqədi rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, dünən axşam saatlarında 29 yaşlı Elvin Rəsulov həyat yoldaşı Vüsalə Rüstəmovanı qətlə yetirib. 
 
 İlkin ehtimala görə, hadisə ailə münaqişəsi zəminində baş verib. E.Rüstəmov əsəbi halda həyat yoldaşına bıçaqla bir neçə zərbə vurub. 
 
 Faktla bağlı AR CM-nin 120.1 (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, hadisənin təfərrüatları araşdırılır. 
 
 E.Rəsulov saxlanılaraq polis şöbəsinə gətirilib. 
DOSTLARINLA PAYLAŞ: