Bakıda dırnaqtutanla cinayət törədildi
16 İyul 2010 Cümə 11:20
"Sərnişinlər" taksi sürücüsünün 61 manatını və mobil telefonunu alıblar.
Bakıda dırnaqtutanla hədə-qorxu gəlməklə cinayət dörədən şəxslər tutulub. Bakı Şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, iyulun 15-də Milli Parkın qarşısında 2 naməlum şəxs Vəli Hüseynovun idarə etdiyi “VAZ 2107” markalı avtombilə sərnişin qismində əyləşərək Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsinə sürdürərək dırnaqtutanla ona hədə-qorxu gəlməklə 61 manatını və mobil telefonunu götürüb qaçıblar. Keçirilən əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Şamaxı rayon sakinləri, Nuru Nuriyev və Bəxtiyar Əsgərov Suraxanı Polisi İdarəsinin 30-cu polis bölməsi və Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulublar.
Faktla bağlı araşdırma aparılır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: