Hadisə

Bakıda dəyirman çökdü

Bakıda dəyirman çökdü. Dağıntılar altında qalanın olub-olmaması hələlik dəqiq bilinmir.

· Xəbərçi
Bakıda dəyirman çökdü
Bu gün Bakının Xətai rayonunda yerləşən dəyirman binası çöküb. Bu barədə ANS PRESS-ə Fövqəladə Hallar Nazirliyindən məlumat daxil olub.

Məlumata görə, Zığ Şosesində yerləşən H.Z.Tağıyev adına Bakı Tikiş Toxuculuq Birliyinin ərazisində yerləşən köhnə dəyirman binası çöküb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri gedərək xilasetmə tədbirlərinə başlayıblar. Dağıntılar altında qalanın olub-olmaması hələlik dəqiq bilinmir.

FHN-dən verilən məlumata görə, dəyirman son illər fəaliyyət göstərməyib. ANSPRESS

Şərhlər