Hadisə

Bakıda dəhşətli qəza: 1 ölü, 5 yaralı

Hadisə Xətai rayonu Gəncə prospektində qeydə alınıb.

· Xəbərçi
Bakıda dəhşətli qəza: 1 ölü, 5 yaralı
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə avqustun 16-da saat 00.30 radələrində Xətai rayonunun Gəncə prospektində qeydə alınıb.

Bakı şəhər sakini Xəyyam Azadovun idarə etdiyi “Mercedes” markalı və Rüfət Mirzəyevin idarə etdiyi “VAZ-2107” markalı avtomaşınlar toqquşublar.

Nəticədə, R.Mirzəyevin xəsarət alan sərnişini, Nurlan Əmənov xəstəxanaya aparılarkən yolda ölüb. Digər xəsarət alan hər 2 sürücü və R.Mirzəyevin 3 sərnişini xəstəxanaya yerləşdirilib.
Baş verən qəzayla bağlı araşdırma aparılır.

Hadisənin başvermə səbəbləri aparılan texniki avtoekspertizadan sonra məlum olacaq. ANSPRESS

Şərhlər