Hadisə

Bakıda daha bir maşın alışdı

“VAZ-21099” markalı maşın Bakı-Aereport yolunda yanıb

· Xəbərçi
Bakıda daha bir maşın alışdı
Bakı-Aereport yolu ilə hərəkət edən maşında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, “VAZ-21099” markalı maşının mühərrik hissəsində başlayıb və tədricən salona da keçməyə başlayıb. Sürücü dərhal maşından düşdüyü üçün heç bir xəsarət almayıb.

Maşın yanğınsöndürənlər tərəfindən tam söndürülüb. İlkin ehtimala görə, yanğın mühərrik hissədəki elektrik naqillərində baş verən qısaqapanmadan baş verib.

Şərhlər