Bakıda çay evində yanğın hadisəsi olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, yanğın noyabrın 5-də saat 16.30 radələrində Nəsimi rayonu ərazisindəki Ş.Əzizbəyov küçəsində başlayıb.
Bakı şəhər sakini Həmid Həsənova məxsus çay evində baş verən yanğın nəticəsində 50 kvadıratmetr sahədə yanar konstruksiyalar yanıb.
Hadisə zamanı xəsarət alan olmayıb. Araşdırma aparılır. ANSPRESS
Bakıda çay evi yandı
Bakıda çay evi yandı. Hadisə Nəsimi rayonu ərazisində baş verib.




Şərhlər