Hadisə

Bakıda bıçaqlanma hadisəsi baş verib

Xəstəxanaya çatdırılan yaralı bıçaq xəsarətinin özü tərəfindən yetirlidyini bildirib

· Xəbərçi
Bakıda bıçaqlanma hadisəsi baş verib
Ötən gecə Binəqədi rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib. Rayonun eyniadlı qəsbəsində Şirvani küçəsi 61 ünvanıda 29 yaşlı Soltanov Kamran Savalan oğlu bir bıçaq xəsarəti alaraq təcili tibbi yardım avtomobili vasiətsi ilə 1 saylı şəhər xəstəxanasına yerləşdirlib.

Həkim Sədi Abbasov yaralının döş qəfəsinin kəsilmiş deşilmiş yaraları diaqnozu ilə xəstəxanaya daxil olduğunu, onun əməliyyat olunaraq reanimasiya şöbəsinə yerləşdirildiyini bildirib.

Qeyd edək ki, Kamran Soltanov klinikaya daxil olarkəq bıçaq xəsarətinin özü tərəfindən yetirlidyini bildirib. Faktla bağlı Binəqədi rayon polis idarəsində araşdırmalara başlanılıb.

Şərhlər