Hadisə

Bakıda bıçaqlanma hadisəsi baş verib

Zərərçəkmiş hadisə nəticəsində huşunu itirdiyi üçün ona xəsarət yetirənin şəxsiyyəti hələlik bilinmir

· Xəbərçi
Bakıda bıçaqlanma hadisəsi baş verib
Ötən gecə Bakının Nəsimi rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib. Hadisə nəticəsində 1990-cü il təvəllüdlü Məhərrəmov Famil Malik oğlu naməlum şəraitdə bıçaq xəsarətləri alaraq 1 saylı şəhər xəstəxanasına çatdırılıb. Famili müayinə edən həkimlər onun bədəninin müxtəlif nahiyyələrində iki bıçaq zərbəsinin olduğunu müəyyən ediblər. Bundan sonra yaralı təcili olaraq əməliyyat otağına qaldırılıb.

Xəstənin huşu özündə olmadığına görə hadisənin kim və ya kimlər tərəfindənsə törədilməsi hələlik məlum deyil. Faktla bağlı Nəsimi rayon polis idarəsi 19-cu polis bölməsində araşdırma başlanılıb. Bölmədən verilən məlumata görə Famil Məhərrəmova bıçaq xəsarəti yetirən şəxsin kimliyinin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Şərhlər