Bakının Qaradağ rayonunda intihara cəhd hadisəsi olub. Qaradağ rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, dünən axşam saat 19.45 radələrində Qızıldaş qəsəbə sakini, Massiv 4, ev-56-da yaşayan 44 yaşlı Şəfayət Fərzəli qızı İbrahimova qısqanclıq zəminində yaranan ailə münaqişəsi zamanı üzərinə benzin tökərək özünü yandırıb.
Yanan qadın dərhal 5 nömrəli yanıq xəstəxanasına aparılıb. Onun vəziyyəti çox ağır olduğundan ifadəsini almaq mümkün olmayıb.
Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır.
Bakıda bədbəxt hadisə
Hadisə Qaradağda baş verib




Şərhlər