Hadisə

Bakıda avtomobil iki piyadanı vurub

“OKA”nın vurduğu iki piyadadan biri hadisə yerində keçinib.

· Xəbərçi
Bakıda avtomobil iki piyadanı vurub
Ötən gecə Bakıda bir nəfərin ölümü, bir nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bakı Şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə aprelin 15-i saat 23.00 radələrində Azadlıq küçəsində qeydə alınıb.
Nəriman Musayev idarə etdiyi “OKA” markalı avtomobillə Ramin Əsgərovu və Mais Mehbalıyevi vurub.
Nəticədə R.Əsgərov aldığı xəsarətlərdən hadisə yerində keçinib. M.Mehbalıyev isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır. ANSPRESS

Şərhlər