Bakıda avtobus aşıb
27 İyul 2010 Çərşənbə Axşamı 10:35
Avtobusda Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun fəhlələri olub.
Bakının Qaradağ rayonu ərazisində ağır yol qəzası baş verib. Bu barədə APA-ya Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Hadisə bu gün səhər saatlarında Sahil qəsəbəsi ərazisində qeydə alınıb. Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun fəhlələrini daşıyan avtobus yolun əks istiqaməti ilə hərəkət edən minik maşını ilə toqquşub. Toqquşma nəticəsində avtobus aşıb, avtobusda olan 10-dan çox sərnişin xəsarət alıb. Yaralılar Klinik Tibbi Mərkəzə (KTM) yerləşdiriliblər.
KTM-dən bildirilib ki, məlum qəza ilə əlaqədar mərkəzə 9 nəfər gətirilib. Onlardan – Etibar Rzayev, Namiq Mikayılov, Baxış Mirzəyev, Aqşin Zeynalov, Hidayət Ziya və Rizvan Məmmədov yüngül bədən xəsarətləri alıb. Daha üç nəfər- Sahib Dadaşov, Ramin Musayev və Manaf Qədirov isə ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriliblər.
Faktla bağlı Dövlət Yol Polisi tərəfindən araşdırma aparılır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: