Bakıda atışma olub
02 İyul 2010 Cümə 11:15
Bakıda atışma olub. Bu barədə daxili işlər naziri Ramil Usubov məlumat verib.
Ötən gecə Bakının rayonlarından birində atışma baş verib. APA-nın xəbərinə görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bir avtomobildə olan şəxs digər avtomobildə olan şəxsə atəş açıb. Nazir qeyd edib ki, orada şahidlərin olmamasına baxmayaraq, ərazidə olan təhlükəsizlik kameraları vasitəsilə hadisəni kimlərin törətdiyi müəyyənləşdirilib. Lakin nazir həmin şəxslərin kimliyini və tutulub-tutulmadığını açıqlamayıb.
Nazir DİN-in “102” xidmətinin fəaliyyətə başlamasının müsbət nəticələr verdiyini deyib: “Bizdə cinayətkarlığa qarşı mübarizədə ən yüksək texnologiyalar tətbiq olunur. Bunlardan biri “102”, digəri “Təhlükəsiz şəhər” sistemidir. Bunlar çox yüksək nəticələr verib. Bu gün Bakıda, Abşeronda cinayət hadisələrinin qeydə alınması çox dəqiq aparılır. Baş verən cinayət hadisələrinə polis əməkdaşları dərhal reaksiya verirlər. Onlarla cinayətin üstü həmin sistemlərin köməyi ilə açılır. Biz indi yeni rəqəmsal kameralara keçmişik. Bu isə ən yüksək texnologiyadır”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: