Bakıda ata namus üstündə qızının başını kəsib
02 Mart 2010 Çərşənbə Axşamı 12:20
Polisə könüllü təslim olan ata, sonradan peşman olduğunu bildirib
Bakının Binəqədi rayonunda qətl hadisəsi baş verib. Bu barədə ANS PRESS-ə Binəqədi Rayon Prokurorluğundan məlumat verilib.

Hadisə martın 1-i baş verib. Gürcüstan vətəndaşı, 60 yaşlı Moyli Tanrıverdi oğlu Məmmədov Bakıda yaşayan qızı, 36 yaşlı Rahilə Ənsorovanın 7-ci MKR-dakı evinə qonaq gəlib. Təxminən saat 21:00 radələrində Gürcüstana qayıtmalı olduğunu bildirərək qızının onu ötürməsini istəyib. Mənzildən bir az aralıda yerləşən Hacıyev küçəsindəki maşın qarajlarının yanına çatanda üzərində olan bıçaqla qızının boğazının ön nahiyəsindən kəsilmiş-deşilmiş xəsarət yetirib.

Rahilə Ənsorova hadisə yerində keçinib, ata isə polisə gedərək törətdiyi hadisəni etiraf edib. O, ifadəsində hadisəni namus üstündə törətdiyini, Gürcüstandan Bakıya qızını öldürmək məqsədi ilə gəldiyini etiraf edib. Amma əməlindən nisbətən peşman olduğunu deyib.

Faktla bağlı Binəqədi rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, araşrırma aparılır. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar