Hadisə

Bakıda aptekə basqın olub

Bakıda aptekə basqın olub. Naməlum şəxs oradan pul götürüb.

· Xəbərçi
Bakıda aptekə basqın olub
Bakıda aptekə basqın olub. Yasamal Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, dünən axşam naməlum şəxs Hüseyn Cavid prospektindəki aptekə daxil olaraq, orada satıcı işləyən Elmira Məmmədovaya baş nahiyəsindən yumruqla xəsarət yetirib. Satıcı huşunu itirdikdən sonra naməlum şəxs kassa aparatından 505 manat pul aparıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb. ANSPRESS

Şərhlər