Hadisə

Bakıda Allahın evindən oğurluq edilib

Naməlum şəxs məsciddən gödəkçə, mobil telefon və sənəd oğurlayıb.

· Xəbərçi
Bakıda Allahın evindən oğurluq edilib
Bakıda məsciddən oğurluq edilib. Bu barədə ANS PRESS-ə Bakı Şəhər Baş Polis İdarəsindən məlumat daxil olub.
Məlumata görə, mayın 4-də A.Qurban küçəsində yerləşən məsciddən Bakı şəhər sakini İlqar Kazımovun gödəkçəsi, mobil telefonu və şəxsi sənədləri naməlum şəraitdə oğurlanıb.
Nəsimi Rayon Polis İdarəsi 21-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda təqsirli bilinən Vaqif Qocamanov mayın 19-da tutularaq məsuliyyətə cəlb olunub.

Faktla bağlı araşdırma aparılır. ANSPRESS

Şərhlər