Bakıda ailə dramı
    06 Dekabr 2010 Bazar Ertəsi 11:15
    Arvadının öldüyünü düşünüə ər intihar etdi
    
                	 
    
         Baknın Səbail rayonunda faciəvi ailə dramı baş verib. Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə Üzeyir Hacıbəyov küçəsi 27, mənzil 58-də baş verib.
 
 Həmin mənzildə yaşayan 60 yaşlı Vüsal Əfəndiyev 41 yaşlı həyat yoldaşı Gülnarə Əfəndiyeva ilə mübahisə edib və balta ilə onun başına zərbə endirib. Arvadının öldüyünü düşünən V.Əfəndiyev özünü 3-cü mərtəbədən - eyvandan atıb. O, aldığı xəsarətdən yerindəcə keçinib. Yaralı qadın isə sağ alın nahiyəsinin kəsiyi diaqnozu ilə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.
 
 Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
DOSTLARINLA PAYLAŞ: