Hadisə

Bakıda 4 avtomobil toqquşdu

Bakıda 4 avtomobil toqquşdu. Yaralananlar var.

· Xəbərçi
Bakıda 4 avtomobil toqquşdu
Bakıda 4 avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə dünən səhər saatlarında, Suraxanı rayonunda qeydə alınıb.

Məlumata görə, 2 "VAZ" və 2 "Mercedes" markalı minik avtomobilləri toqquşub. Nəticədə hər dörd nəqliyyat vasitəsi deformasiyaya uğrayıb, avtomobillərdə olan bir neçə nəfər yaralanıb.

Yaralılara təcili tibbi yardım stansiyasının həkimləri tərəfindən elə hadisə yerindəcə ilkin tibbi yardım göstərilib. Xilasedicilər hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görüb, əməliyyat saat 10:36-da başa çatıb. ANSPRESS

Şərhlər