Bakıda 18 mərtəbəli bina yanır
    09 Dekabr 2010 Cümə Axşamı 15:30
    Hadisə yerinə üç yanğınsöndürən maşın gedib
    
                	 
    
         Bakıda 18 mərtəbəli binada yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən ANS PRESS-ə verilən məlumata görə, yanğın saat 14.30 radələrində Nəsimi rayonu, H.Sarabski küçəsində, ABŞ-ın Bakıdakı səfirliyinin yaxınlığında tikilməkdə olan binada qeydə alınıb. 
 
 Hadisə yerinə yollanan ANS TV əməkdaşının verdiyi məlumata görə, əraziyə üç yanğınsöndürən maşın cəlb olunub. İlkin məlumata görə, yanğın 18-ci mərtəbədə toplanmış tikinti materiallarında başlayıb, daha sonra isə binanın fasad örtüyünə - alkopona keçib. 
 
 Yanğın nəticəsində bir nəfərin kəskin tüstüdən halı pisləşib və o, xəstəxanaya aprılıb. 
 
 Hazırda yanğın söndürülür. 
DOSTLARINLA PAYLAŞ: