Bakıda 17 nəfər dənizdə batıb
21 İyul 2010 Çərşənbə 13:25
Bu yay mövsümündə Azərbaycan paytaxtında 17 nəfər dənizdə boğularaq ölüb.
Bu barədə APA-ya Bakı şəhər Təcili Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Rauf Nağıyev məlumat verib. Onun sözlərinə görə, çimərlik mövsümü başlayandan bəri Bakıda 42 suda boğulma halı qeydə alınıb. Nəticədə 17 nəfər həyatını itirib, 9 nəfər isə xəstəxanaya yerləşdirilib.
Yay mövsümü başlayandan indiyədək paytaxtda 88 nəfər günvurma diaqnozu ilə təcilli tibbi yardıma müraciət edib, onlardan 26-sı xəstəxanaya yerləşdirilib.
Yay mövsümündə 16 nəfəri ilan çalıb. Onların hamısı xəstəxanaya yerləşdirilib. APA
DOSTLARINLA PAYLAŞ: