Bakı-Şamaxı yolunda 40 hektar otlaq yanıb
14 Sentyabr 2009 Bazar Ertəsi 09:25
Yanğının qarşısının alınmasına 4 yanğınsöndürən maşın, 91 nəfər cəlb edilib
Bakı-Şamaxı yolunun 172 km-də Ismayıllı rayonu Eyyubbəyli kəndi ərazisində güclü yanğın baş verib. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, adıçəıkilən ərazidə yerləşən dağda 40- hektara yaxın otlaq sahəsi, yabanı kollar yanıb. Yanğın ötən gün saat 15:30 radələrində başlayıb. Əraziyə İsmayıllı rayonundan 2 yanğınsöndürən maşın- 25 şəxsi heyət, Göyçaydan 1 yanğınsöndürən maşın- 8 heyət, Ağsudan 1 yanğınsöndürən maşın - 8 heyət, Şamaxıdan isə Fövqəladə Hallar Nazirliyinin 2 “Kamaz”ı -50 şəxsi heyət cəlb edilib. Alovların meşə massivinə keçməsinin qarşısı alınıb. Yanğının qarşısı saat 20:30-da alınıb.

İsmayıllı rayon Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi mayor Mahir İsmayılovun ANS PRESS-ə verdiyi məlumata görə, yanğının səbəbləri araşdırılır. Ancaq ilkin versiya kimi, yanğına yol kənarından keçən sürücülərdən birinin siqaret kötüyü atması versiyası istisna edilmir.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar