Ağstafa rayonunda bıçaqlanma hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, mayın 12-də Ağstafa rayonunun Köçəsgər kəndində Bakı şəhər sakini Nəsimi Ellasxanov qısqanclıq zəminində qeyri-rəsmi nigah münasibətlərində olduğu kənd sakini Şəhanə Mehdiyevaya bıçaqla xəsarət yetirib.
Ağstafa Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində N.Ellasxanov tutularaq barəsində cinayət işi başlanılıb, araşdırma aparılır. ANSPRESS
Bakı sakini qeyri-rəsmi arvadını bıçaqladı
Hadisə Ağstafa rayonunda baş verib. Bakı sakini qeyri-rəsmi arvadını bıçaqlayıb.




Şərhlər