Hadisə

Bakı sakini qaz sobasını yandırarkən ölüb

Hadisə Biləcəri qəsəbəsində baş verib. Bakı sakini qaz sobasını yandırarkən ölüb.

· Xəbərçi
Bakı sakini qaz sobasını yandırarkən ölüb
Martın 12-də qaz sobasında yanan Binəqədi rayon sakini dünən xəstəxanada keçinib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata əsasən, Biləcəri qəsəbəsi M.Abdın küçəsindəki yeni tikilmiş evdə yaşayan İlhamə Muradova evində qaz sobasını yandırarkən yanıq xəsarəti alıb.
Nəticədə təcili olaraq xəstəxanaya yerləşdirilən İ.Muradova martın 18-də orada ölüb.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır. ANSPRESS

Şərhlər