Bakı sakini intihar edib
24 İyul 2010 Şənbə 12:30
Bakı sakini intihar edib. Hadisə Suraxanı rayonunda baş verib.
Bakının Nərimanov rayon sakini Suraxanı qəsəbəsində intihar edib. Bu barədə ANS PRESS-ə Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsindən məlumat verilib.

Məlumata görə, Nərimanov rayonu, Ə.Quliyev küçəsi ev-22 ünvanında qeydiyyatda olan 42 yaşlı Zahir Tərlan oğlu Orucov Suraxanı qəsəbəsi, A.Rzayev 597-ünvanında yaşadığı evdə özünü asaraq intihar edib. İki uşaq atası olan Zahir Orucovun intihar səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda AR CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar