Bakı-Quba yolunda bədbəxt hadisə baş verib
08 Avqust 2010 Bazar 13:35
Ağaca çırpılan minik avtomobilinin sürücüsü həlak olub.
Dünən 23:10 radələrində Bakı-Quba yolunun 159 km-də, Birinci Nügədi kəndinin yaxınlığından keçən hissəsində Bakı istiqamətindən gələn “Mercedes C220” markalı avtomobil ağaca çırpılıb. Nəticədə bir nəfər ölüb. Belə ki, Quba rayon mərkəzi xəstəxanasına aparılan sürücü yolda vəfat edib.
Hadisə yerinə Baş Dövlət Yol Polis İdarəsinin istintaq və tədqiqat şöbəsinin əməkdaşları gəlib. Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat şöbəsinin müstəntiqi Hikmət Kərimovun ANS PRESS-ə verdiyi məlumata görə, sürücü Quba morquna aparılıb. Bir müddət onun şəxsiyyətini məüəyyənləşdirmək mümkün olmayıb. Avtomobilə baxış keçirilərkən Abşeron rayonunun Masazır kənd sakini Əşrəf Rizvan oğlu Naibov tərəfindən verilmiş etibarnamə aşkar olunub. Araşdırma zamanı müəyyən edilib ki, qəza nəticəsində həlak olan şəxs etibarnaməni verənin oğlu Naib Əşrəf oğlu Naibovdur.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.2 maddəsi ilə (Zərərçəkən şəxsin ölümünə səbəb olma) cinayət işi açılıb. Hazırda Quba morqunda tibbi ekspertiza keçirilir, N.Naibovun ölümünün səbəbləri araşdırılır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: