Bakı-Quba yolunda 75 yaşlı piyada vurulub
03 May 2009 Bazar 16:45
Dostəli Qəhraman oğlu İsmayılov koma vəziyyətindədir

Bakı-Quba yolunun 101 km-də, Siyəzən rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, hadisə ötən gün axşam qeydə alınıb. Bakı istiqamətində hərəkət edən Xaçmaz rayon sakini Dadaşbala Sancan oğlu Xudaverdiyev idarə etdiyi "Zaparoje" markamı maşın ilə yolu keçmək istəyən piyada 75 yaşlı Siyəzən rayon sakini Dostəli Qəhraman oğlu İsmayılovu vurub. Yaralı dərhal ətrafdakıların köməyi ilə Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb.
Siyəzən rayon polis bölməsinin müstəntiqi Rza İbrahimov xəstənin koma vəziyyətində olduğunu bildirib. Qəzanın səbəbləri isə təyin edilmiş avtoekspertizadan sonra bəlli olacaq. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar