Bakı İstintaq Təcridxanasında intihar
03 Avqust 2010 Çərşənbə Axşamı 10:40
Bakı İstintaq Təcridxanasında intihar. Məhkum özünü asıb.
Bakının Sabunçu rayonunda yerləşən Bakı İstintaq Təcridxanasında intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan verilən məlumata görə, avqustun 3-nə keçən gecə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İstintaq Təcridxanasında saxlanılan 41 yaşlı Alim İsmayılov özünü kamerada asaraq öldürüb.

Mərhumun özünə qəsd etməsinin səbəbləri barədə məlumat olmasa da, onun Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan narkotik vasitələrdən istifadə etmə) maddəsi ilə təqsirləndirildiyi bildirilir.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar