Bakı həbsxanasında ölüm hadisəsi
21 İyul 2010 Çərşənbə 13:25
Ölən şəxs əvvəllər 5 dəfə məhkum olunub.
Penitensiar Xidmətin Bakının Sabunçu rayonu ərazisində yerləşən Bakı İstintaq Təcridxanasında ölüm hadisəsi baş verib. Rayon Prokurorluğundan Milli.Az-a verilən məlumata görə, ölüm hadisəsi bu gün saat 08:30-da qeydə alınıb.

Təcridxanada saxlanılan 50 yaşlı İlham Əbil oğlu Abbasov naməlum səbəbdən dünyasını dəyişib. Təyin olunmuş ekspertizalardan sonra onun ürək çatışmazlığından öldüyü məlum olub.

Mərhum əvvəllər cinayət əməlinə görə 5 dəfə məhkum olunub.
Faktla bağlı araşdırma aparılır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar