Bakının Qaradağ rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Baş Dövlət Yol Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, sərnişin avtobusu sürücünün idarətməni itirməsi nəticəsində məhdudiyyət beton plitəsinə dəyərək aşıb.
Lökbatan-Sahil qəsəbələri arasında sərnişin daşınması ilə məşğul olan “Mercedes” markalı mikroavtobusun aşması nəticəsində bir neçə nəfər sərnişin, o cümlədən sürücünün müxtəlif dərəcəli xəsarət aldığı bildirilir.
Hadisə yerinə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansıyasının maşınları gələrək yaralıları Kiliniki Tibbi Mərkəzə gətirib. Stansiyadan ANS PRESS-ə verilən məlumata görə, xəsarət alanlardan bir nəfər qadının vəziyyəti daha ağır olduğundan o, yolüstü 19 saylı təcili yardım məntəqəsinə aparılıb.
Hadisə yerinə polis əməkdaşları gələrək ilkin araşdırmalara başlayıblar. ANSPRESS
Bakı-Ələt yolunda sərnişinlə dolu avtobus aşdı
Hadisə nəticəsində xəsarət alanlar var.




Şərhlər