Azərbaycanlı kamerada intihar edib
18 Dekabr 2010 Şənbə 16:45
O, alt paltarı ilə özünü asıb
Rusiyanın paytaxtı Moskva şəhərində müvəqqəti saxlanma təcridxanasında saxlanılan Azərbaycan vətəndaşı alt paltarı ilə özünü asaraq intihar edib. Moskva şəhəri üzrə İstintaq İdarəsinin İstintaq Komitəsinin verdiyi açıqlamaya görə, intihar edən şəxs narkotiklə ticarət etdiyinə görə saxlanılıb.
"Dünən təxminən axşam 5 radələrində paytaxtın cənubi-şərq dairəsi üzrə Daxili İşlər İdarəsində müvəqqəti saxlanılan 37 yaşlı azərbaycanlının meyiti aşkar edilib. Məlum olub ki, intihar edən şəxs alt paltarını saxlanıldığı kameranın pəncərəsinin barmaqlılarına bağlayaraq özünü asıb”, - deyə İdarənin əməkdaşı "İnterfaks" agentliyinə bildirib.
Hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, intihar edən şəxs gecə saatlarında narkotik ticarəti ilə məşğul olduğuna görə saxlanılıb və araşdırma müddəti ərzində onun həbsdə saxlanılması planlaşdırılmış. Ehtimala görə, məhz bundan sonra o, intihar etmək qərarına gəlib.
DOSTLARINLA PAYLAŞ: