Azərbaycanlı hərbçi Qara dənizdə boğulub
09 Avqust 2010 Bazar Ertəsi 17:11
Qara dənizdə azərbaycanlı batıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Marneuli hərbi bazasında təyyarə mexaniki vəzifəsində işləyən Orucov Rafiq Məmməd oğlu bu gün dənizdə çimərkən boğulub.
Məlumata görə, o, avqustun 8-də Kutaisi şəhərindəki Kopitnari hərbi hissəsinə ezam olunub. Şahidlərin dediyinə görə, avqustun 9-da öz hərbçi dostları ilə Kutaisidən Qara dənizə çimməyə gedən Marneuli şəhər sakini, 32 yaşlı, iki uşaq atası olan Rafiq Orucov suya baş vurarkən armatura ilişib və boğulub.
Hadisə ilə bağlı cinayət işi qaldırılıb. Ekspertlər araşdırma aparır.
Bu gün günorta saatlarında mərhumun cənazəsi Marneuliyə gətirilib, sabah torpağa tapşırılacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar