Hadisə

Azərbaycanlı gənc İstanbulda dənizdə boğuldu

Sərxoş vəziyyətdə olan oğlan yüzlərlə insanın gözü qarşısında batıb.

· Xəbərçi
Azərbaycanlı gənc İstanbulda dənizdə boğuldu
Türkiyənin İstanbul şəhərində azərbaycanlı gənc dənizdə batıb. Türkiyə mətbuatının yazdığına görə, Bəyoğlu rayonunda sərinləmək üçün dənizə girən 20 yaşlı Sadiq Əliyevi xilas etmək mümkün olmayıb. Şahidlər həmin ərazidə dənizə girişin qadağan olduğunu, ancaq ərazidə bununla bağlı heç bir xəbərdarlığın olmadığını bildiriblər. Onların sözlərinə görə, S.Əliyev bir neçə tanışı ilə sahilə gəlib. Sərxoş vəziyyətdə olan 20 yaşlı gənc özünü paltarlı suya atıb. Qısa müddət sonra çırpınmağa başlayıb. Dənizin dibi bataqlıq olduğundan tanışları onu sudan çıxara bilməyiblər. O, yüzlərlə insanın gözü qarşısında batıb.


Hadisə yerinə xilasedicilər çağırılıb. Təxminən 1 saat sonra gəncin meyitini tapmaq mümkün olub. ANSPRESS

Şərhlər