Hadisə

Azərbaycanda toyda qətl

Azərbaycanda toyda qətl hadisəsi törədilib. Hadisənin səbəbi araşdırılır.

· Xəbərçi
Azərbaycanda toyda qətl
Balakən rayonunda qətl hadisəsi törədilib. Rayon Prokurorluğundan verilən məlumata görə, qətl hadisəsi rayon mərkəzində yerləşən “Nərmin” şadlıq sarayında toy mərasimində baş verib.

Toy məclisində 19 yaşlı Eyvaz Osmanovla onun həmyaşıdı Laçın Şabanov arasında mübahisə yaranıb. Mübahisəni davam etdirmək üçün onlar bayıra çıxıblar. Bu zaman E.Osmanov bıçaq çıxararaq L. Şabanova çoxsaylı xəsarətlər yetirib. O, aldığı bıçaq xəsarətlərindən dünyasını dəyişib.

E. Osmanov polis tərəfindən saxlanılaraq istintaq orqanına təhvil verilib. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. ANSPRESS

Şərhlər