Hadisə

Azərbaycanda MMC direktoru saxlanılıb

Araşdıma başlanılıb

· Xəbərçi
Azərbaycanda MMC direktoru saxlanılıb
Zaqatala rayonunda cinayət hadisəsi törədən şəxslər tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 4-də "KamAZ" markalı avtomaşının sürücüsü, Zaqatala rayon sakini, əvvəllər məhkum olunmuş Bəkir Mehdiyev "Şirxan" MMC-nin direktoru Rəfayel Zamanovla cinayət əlaqəsinə girib. Onlar Zaqatala rayonunun Əli Bayramlı kəndi ərazisində 175 kubmetr palıd və qovaq ağaclarını qanunsuz kəsərək həmin MMC-nin parket sexində emal edərkən tutulublar.
Sexə baxış keçirilən zaman orada 77,1 kubmetr palıd və qovaq növünə aid olan kəsilmiş ağaclar aşkar edilib.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Şərhlər