Abşeron rayonunda dəhşətli qətl hadisəsi baş verib. Rayon Prokurorluğundan verilən məlumata görə, Bakı-Sumqayıt yolunun 16-cı kilometrliyində yerləşən avtomobil hissələrinin satışı müəssisəsində iş adamı qətlə yetirilib.
Həmin müəssisədə işləyən 41 yaşlı Şamaxı sakini Tahir Məmmədov öz müdiri, İran vətəndaşı 51 yaşlı Naziri Paşayini balta ilə qətlə yetirib, sonra cəsədi yandırıb.
T.Məmmədov tutulub. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. ANSPRESS
Azərbaycanda iranlı iş adamı qətlə yetirilib
Hadisə Şamaxı sakini tərəfindən törədilib.




Şərhlər