Hadisə

Azərbaycanda ev yandı, bir nəfər öldü

Hadisə Sabirabad rayonunda baş verib.

· Xəbərçi
Azərbaycanda ev yandı, bir nəfər öldü
Sabirabad rayonunda evdən qismən yanmış meyit tapılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 15-də saat 15.30 radələrində Sabirabad rayonu H.Həmidov küçəsində yaşayan Feniya Tağıyevanın evində yanğın baş verib.

Nəticədə mənzilin yanar konstruksiyaları yanıb. Yanğın söndürüldükdən sonra isə F.Tağıyevanın qismən yanmış meyiti tapılıb.

Araşdırma aparılır. ANSPRESS

Şərhlər