Azərbaycanda daha bir meşə yanğını
14 Dekabr 2010 Çərşənbə Axşamı 13:20
Yanğına ovçuların və ya çobanların odla ehtiyatsızlığının səbəb olduğu ehtimal edilir
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ötən gün Yardımlı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin 1 saylı meşəbəyliyinin 2 saylı meşə dolayında baş verən yanğın hadisəsi ilə bağlı məlumat yayıb. Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, hadisə ötən gün saat 7 radələrində qeydə alınıb. İlkin ehtimala görə, yanğının səbəbi ovçuların və ya çobanların odla ehtiyatsızlığı olub. Yanğın saat 16:00 radələrində Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar Nazirliklərinin yerli qurumları və əhalinin iştirakı ilə tam söndürülüb. Ümumilikdə, 5 hektar ərazini əhatə etmiş yanğın zamanı yalnız xəzəl və ot örtüyü yanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi bir daha əhalini yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə və xalqımızın milli sərvəti olan meşələrimizi qorumağa çağırır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar