Azərbaycanda bir gündə 7 nəfər zəhərlənib
06 Yanvar 2011 Cümə Axşamı 13:55
Onlardan 4-ü qazdan, 3-ü isə dərmandan zərər çəkib
Ötən gün 7 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanalara yerləşdirilib. Onldan 4-ü dəm qazından zərər çəkiblər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, bunlar Binəqədi rayonunun Çiçək qəsəbə sakini Kəmalə İbrahimova, Xırdalan şəhər sakini Azər Məmmədov, Sumqayıt şəhər sakinləri Xuraman Sərkərova və Vüsalə Musayevadır. Öz mənzillərində dəm qazından zəhərlənlənən sakinlər xəstəxanaya yerləşdiriliblər.
Daha 3 nəfər isə dərmandan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Bunlar Sumqayıt şəhər sakini Yusif Mansurov, Saray qəsəbə sakini Rasim Əliyev və Masazır qəsəbə sakini Xumar Həsənovadır.
DOSTLARINLA PAYLAŞ: