Hadisə

Azərbaycanda 3 uşaq atası intihar edib

Azərbaycanda 3 uşaq atası intihar edib. 50 yaşlı Göyçay sakini özünü asıb.

· Xəbərçi
Azərbaycanda 3 uşaq atası intihar edib
Azərbaycanın Göyçay rayonunda intihar hadisəsi baş verib. ANS PRESS-ə bölgə müxbirinin məlumatına görə, hadisə bu gün səhər saat 8:00 radələrində rayonun Qaraməryəm kəndində qeydə alınıb. 50 yaşlı kənd sakini Əli Eyvazov yaşadığı evin həyətindəki yardımcı təssərrüfatda özünü asaraq intihar edib.

Üç uşaq atası olan Ə. Eyvazovun intihar etməsinin səbəbi məlum deyil.

Faktla bağlı araşdırma aparılır. ANSPRESS

Şərhlər